SİYASƏT


“Sönməz bu şəfəqlərdə üzən al bayraq!” adlı tədbir keçirilib

Türkiyə Respublikasının Dövlət Himninin – “İstiqlal Marşının” 100 illiyi ilə bağlı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Sönməz bu şəfəqlərdə üzən al bayraq!” (“Sönmez bu şafaklarda yüzen al sancaq!”) adlı tədbir keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir başlamazdan öncə hər iki dövlətin qurucularının, qardaş ölkələrin azadlığı, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında qardaş respublikaların dövlət himnləri səsləndirilib.