Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyinin rəhbərliyi Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib

16.03.2021 [21:32]

Xəbərin mətni

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI