SİYASƏT


Hərbi hissələrin birində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin iştirakı ilə “N” hərbi hissəsində Novruz bayramı qeyd olunub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər tədbirə dəvət olunmuş şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.