CƏMİYYƏT


Tovuzun aran hissəsində kartof əkini yekunlaşır

Tovuzda kartof əkini davam edir. Hazırda əkin işi rayonun aran hissəsində aparılır, bir azdan isə prosesə dağ kəndlərində də başlanacaq. Fermerlər toxumları əsasən xaricdən gətirirlər. El arasında ikinci çörək də adlanan kartofun əkin işləri texnika ilə yanaşı, əl əməyi vasitəsilə də həyata keçirilir. Son günlər hava şəraitinin yağıntılı keçməsi isə fermerləri bol məhsul götürəcəklərinə inamını artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır