CƏMİYYƏT


Sumqayıtda pandemiya qaydalarına nəzarət etmək məqsədilə reyd keçirilib

Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mütəmadi olaraq keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.