CƏMİYYƏT


Gənclər təşkilatları 31 mart soyqırımının qurbanlarını yad ediblər

Azərbaycan xalqına qarşı törədilmiş 31 mart soyqırımının 103-cü ildönümündə Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbərləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində gənclər təşkilatlarının nümayəndələri erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını, təcavüz siyasətini və qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılmış, 19 bölmədən ibarət muzey ekspozisiyada soyqırımından əvvəl, soyqırımı zamanı və sonra sosial, mədəni və digər sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında infosessiyada iştirak ediblər.