CƏMİYYƏT


Yol polisləri parklanma qaydalarını pozan sürücülərə qarşı reyd keçirib

Paytaxtın küçə və prospektlərində dayanma durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Bu məqsədlə yol polisləri tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, 2-ci cərgədə nəqliyyat vasitərini saxlayan sürücülərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib. Bakı şəhərinin müxtəlif nöqtələrində keçirilən reydlərdə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılmasını təmin edilib.