Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Astara arıçıları yaz qulluq işlərinə başlayıblar

02.04.2021 [14:04]

Xəbərin mətni

Astara arıçıları bu mövsüm ötən ilkindən çox bal götürəcəklərini proqnozlaşdırırlar. Havaların əlverişli keçməsi, aparılan yaz qulluq işləri bunu deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin ən böyük arıçılıq rayonu olan Astarda arıçılar yaz hazırlıq işlərinə başlayıblar. Arıxanalara baxış keçirilir, pətəklər ölü arılardan təmizlənir. Qış çox sərt keçmədiyindən, arıxanalarda demək olar, tələfat qeydə alınmayıb.