CƏMİYYƏT


Füzulidə xeyli sayda silah-sursat aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar olunması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 “İqla-S”, 1 “Muxa”, 1 “Foqot” markalı raket kompleksləri, 3 pulemyot, 1 avtomat, 1 qumbaraatan, 33 müxtəlif növ əl qumbarası, 308 müxtəlif növ mərmi, 10 avtomat darağı və 3000 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır