CƏMİYYƏT


Bakıda musiqi məktəbindən oğurluq edən şəxslər saxlanılıb

Bakı şəhərində yerləşən musiqi məktəblərindən birindən oğurluq edilib. Naməlum şəxslər təhsil müəssisəsinə daxil olaraq məktəbin zalında oturacağın üzərində nəzarətsiz qalan və içərisində 100 manat, eləcə də, kartlar olan çantanı oğurlayıblar. Daha sonra həmin şəxslər kartlardan ümumilikdə 3000 manat yaxın pul çıxararaq təkrar oğurluq ediblər. Zərərçəkən şəxs hadisə barədə polisə məlumat verən kimi cinayəti törədənlərin axtarışlarına başlanılıb. Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş İmran Kərimov və Fuad Sadıxov tutularaq istintaqa təqdim olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır