CƏMİYYƏT


Abşeronda karantin qaydalarını pozan və müştərilərə qəlyan təklif edən çay evi aşkar olunub

Daxili İşlər Nazirliyindən bildiriblər ki, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “No name” çay evində qəlyandan istifadə edilməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı Səbuhi Nağıyev və daha 5 müştəri polislər tərəfindən saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib və hər biri cərimə olunublar.