CƏMİYYƏT


Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Məmmədov saxlanılıb. Onun üzərinə və Xırdalan şəhərində yaşadığı evə baxış zamanı çəkisi 2 kiloqram 145 qram olan heroin aşkar edilərək götürülüb.