CƏMİYYƏT


Murov zirvəsində şəhidliyə ucalan xaçmazlı kəşfiyyatçı

Xaçmaz rayonunun Bayoba kəndindən olan şəhid Vahid Baxşıyev Murovdağ zirvəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 21 yaşlı Vahid Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Kəşfiyyatçı Qorxmaz oktyabrın 30-da yanında mərmi partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.