CƏMİYYƏT


Qubada evini tərk edən COVID-19 xəstəsi sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradıb

Quba rayonu Qaraçay kənd sakini Ü.Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, o, təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edərək, digər insanlar üçün real təhlükə yaradıb.Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Ü.Allahverdiyevanın törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.