CƏMİYYƏT


Balakəndə restoranda toy edənlər inzibati məsuliyyətə cəlb olunublar

Balakən şəhəri ərazisində yerləşən “El-Pera” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisi polis əməkdaşları tərəfindən dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır