Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

05.04.2021 [10:32]

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Arifə Tahirovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibb işçilərinin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.