CƏMİYYƏT


Onun üçün Vətən anlayışı hər şeydən uca idi

Qırx dörd gün davam edən Vətən müharibəsində salyanlı həmvətənlərimiz də böyük hünər göstərərək adlarını hərb tariximizə qızıl hərflərlə yazıblar. Tarix yazan qəhrəmanlarımızdan biri də müharibənin odlu-alovlu günlərində sinəsindən qəlpə yarası alaraq şəhid olan mayor Vidadi Əhmədovdur.Hər kəsin bir həyat hekayəsi var. Kimisi öz hekayəsinin qəhrəmanı olur, kimisi də bütün el-obanın. Şəhid mayor Vidadi Əhmədov da el qəhrəmanı olaraq yaddaşlara köçdü.