CƏMİYYƏT


Surqutda Fərman Salmanovun 90 illiyi ilə bağlı böyük yubiley proqramı hazırlanır

Şair Vladimir Vısotski və geoloq Fərman Salmanov 1970-ci illərin sonunda Moskvada tanış olublar. O vaxt onlar gecəyarıyadək söhbət edib, ertəsi gün isə Vladimir Semyonoviç böyük həmvətənimizə bir mahnı həsr edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Yuqra” teleradio şirkətinin həmyerlimiz, əfsanəvi geoloq Fərman Salmanova həsr etdiyi materialda deyilir.
Yuqranı “qara qızıl” diyarı kimi kəşf etmiş geoloq Fərman Salmanov sağ olsaydı, bu il onun 90 yaşı olardı. Martın 31-də - onun anım günündə Surqut diyarşünaslıq muzeyi tanınmış geoloqun ev-muzeyində böyük tədbirlər proqramı təqdim edib.