CƏMİYYƏT


Güclü külək Xaçmazda yaşayış binasının damını uçurub

Aprelin 6-sı səhər saatlarında əsən güclü külək Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü külək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 70 nömrəli beşmərtəbəli yaşayış binasının damını uçurub. Hadisə nəticəsində sakinlərdən xəsarət alan olmayıb. Bundan başqa, külək Qımılqışlaq kəndində və rayon mərkəzində bir neçə fərdi yaşayış evinə də ciddi ziyan vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır