Yığılması çətin, qiyməti baha - quzuqarnı göbələyi
06.04.2021 [17:10]
Xəbərin mətni
Quzuqarnı adlanan göbələyi mart ayının ikinci ongünlüyündən başlayaraq şimal rayonlarının meşəliklərindən toplamaq olar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu göbələyin zəhərlisinə rast gəlinmir. Cəmi 30-35 gün ərzində yetişən quzuqarnını aprelin ortalarınadək yığmaq mümkündür.