CƏMİYYƏT


Aprel şəhidi Rusif Ağayevin xatirəsi anılıb

Rəşadətli Ordumuzun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən beş il ötür. 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq yenilməz Ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Aprel döyüşlərində qəhrəman oğullarımızın şücaətləri sayəsində 23 ildən sonra xalqımız qələbə sevinci yaşadı. Həmin günlərdə bizə bu hissi yaşadan oğullardan biri də Silahlı Qüvvələrimizin giziri şəhid Rusif Ağayev oldu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır