CƏMİYYƏT


Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulaq açılıb

Kürdəmirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Həşimli Cəmil Əflatun oğlunun xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq şəhidin bir vaxtlar təhsil aldığı 3 saylı orta məktəbin həyətində inşa edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.