Azərbaycan Dövlət İnformasiya Agentliyi

Atasına verdiyi sözü yerinə yetirən şəhid Elşən Ağasıyev

07.04.2021 [16:01]

Xəbərin mətni

Əsgər Elşən Ağasıyev Vətən müharibəsində Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elşən Ağasıyev 1999-cu ildə Xaçmaz şəhərində doğulub. Müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanan qəhrəman əsgər düşmənlə savaşa atılan ilk döyüşçülərimizin sırasında yer alıb.