CƏMİYYƏT


Dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı növbəti reyd keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, yol polisləri tərəfindən paytaxtın müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilir. Metronun “20 Yanvar” stansiyasının yaxınlığında keçirilən sonuncu reyddə avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılmasını təmin edilib.