Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada qanunu pozan kafe sahibi və müştəriləri məsuliyyətə cəlb edilib

08.04.2021 [12:20]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında rayonun Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar.