Ölkəmizdə ilk dəfə mavigilə və çay bitkisinin in-vitro üsulu ilə çoxaldılmasına başlanılıb
08.04.2021 [18:21]
Xəbərin mətni
Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında mavigilə (blueberry) və çay bitkisinin in-vitro üsulu ilə çoxaldılmasına başlanılıb.Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaxın gələcəkdə mavigilənin əkin materialının kütləvi istehsalı təşkil ediləcək. Layihənin əsas məqsədi ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.