CƏMİYYƏT


Həyatlarını risk altına ataraq həyatımızı xılas edən FHN-nin Xüsusi Riskli Xilasetmə xidməti

Heç kim heç nədən sığortalanmayıb bu kəlmə hər bir kəsə məlumdu. Yanğın baş verən zaman hündür mərtəbəli binada köməksiz vəziyyətdə qalanları, əlacsız vəziyyətdə quyuya düşüb qalanları eləcə dağıntılar altında qalanların imdadına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti çatır. Bəzən onları insanlar canqurtanlar adlandırırlar. Təhlükəli şəraitdə olan insanların xilasetmə əməliyyatlarını təlim formasında nümayiş etdirmək üçün üz tutduq FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasına. Nümayiş olunan təlimdə Xilasetmə xidmətinin əməkdaşları 4 əməliyyat üzrə təlimləri həyata keçiriblər. Birinci mərhələli təlimdə pirotexniki vasitələrin xüsusi təlim keçmiş kinoloji itlər vasitəsi ilə aşkar olunub və xüsusi texniki vasitələrlə zərərsizləşdirilməsi, İnsanların hündür mərtəbəli binalarda köməksiz vəziyyətdə qalması eləcədə insanların təhlükəli ərazidən təhlükəsiz əraziyə təxliyəsi və sonuncu mərhələli təlimdə isə dağıntılar altında qalan insanların çıxarılması və ilkin tibbi yardımın göstərilmə həyata keçirilib. Qeyd edək ki, kamera lentinə alınan görüntülər FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin nümayiş etdirdiyi təlimlərin bir qismi idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır