CƏMİYYƏT


Hərbçi olmaq istəyirdi, amma ən böyük xidmətini Vətən müharibəsində göstərib tarix yazdı

Vətən müharibəsində tarix yazıb şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımızdan biri də Əyyub Süleymanovdur. Yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əyyub Vətən müharibəsinin ən gənc şəhidlərindəndir. O, müddətli həqiqi hərbi xidmətini başa vurmağa üç gün qalmış müharibəyə qatılıb.