CƏMİYYƏT


Bakıda iməcilik və geniş dezinfeksiya işləri keçirilir

Bakı şəhər və rayonlarının icra hakimiyyətlərinin təşkilatçılığı ilə aprelin 10-da paytaxt ərazisində mövcud karantin rejiminin tələbləri çərçivəsində təmizliklə bağlı daxili iməcilik və geniş dezinfeksiya tədbirləri keçirilib.
AZƏRTAC-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Coşqun Cəbrayılov jurnalistlərə müsahibəsində bildirib ki, iməcilik zamanı Bakının kommunal və digər xidmətləri tərəfindən şəhərdə prospekt və küçələr, səkilərin kənarları, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər və köşklər yuyulur.