Naftalanda toy mərasimin keçirilməsinin qarşısı alınıb
11.04.2021 [12:27]
Xəbərin mətni
Naftalan Şəhər Polis Şöbəsinə (RPŞ) şəhər ərazisində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.