CƏMİYYƏT


Kiyevdə ukraynalıların yaddaşına hopmuş “Bakı” küçəsi

“Bakı” küçəsi! Ukraynalıların yaddaşına hopmuş bu küçənin 66 yaşı var. Kiyev küçələrindən biri 1955-ci ildə Azərbaycan paytaxtının şərəfinə “Bakı” küçəsi adlandırılıb.
Bir kilometrə yaxın uzunluğu olan küçə dəbdəbəli villaları və yaşı bir əsrə yaxınlaşan evləri ilə cəlbedicidir. Burada sovet dövründə tikilmiş binalarla yanaşı, yeni salınan hündürmərtəbəli bina, 199 saylı orta məktəb, hətta sakinlər üçün futbol meydançası yerləşir. “Bakı” küçəsi səliqəli asfalt örtüyü, yol nişanları, yaşıllığı ilə də seçilir.