CƏMİYYƏT


Pandemiya şəraitində Ramazan ayı: Hansı qaydalara əməl etmək lazımdır?

Aprelin 14-də Müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Ölkəmizdə koronavirus təhlükəsi davam etdiyi üçün bu il məscidlərdə kütləvi namaz qılmaq, geniş iftar sürfələri təşkil etməyə icazə verilmir. Bəs oruc tutan müsəlmanlar pandemiya şəraitində hansı qaydalara əməl etməlidir? QMİ-nin Qazılar Şurası kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırır.