CƏMİYYƏT


Yasamal rayonunda silahlı insident törədən şəxs saxlanılıb

Yasamal rayon sakini olan bir nəfər şəxs Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət edərək bildirib ki, əvvəldən tanıdığı bir nəfər yaşadığı evə gələrək ona və ailə üzvlərinə odlu silahdan atəş açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, atəş açan şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Etibar Əlizadədir. Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən E.Əlizadə qısa zamanda saxlanılıb.