CƏMİYYƏT


Aprel döyüşlərinin əfsanəsi şəhid Pəncəli Teymurovun büstü açılıb

Aprel döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan şəhid Pəncəli Teymurovun adı hər kəsə yaxşı tanışdır. Onu xüsusi təyinatlıların əfsanəsi də adlandırırlar. Elə bir qəhrəman idi ki, toy günündə hamı ona xoşbəxtlik diləyərkən, o, özünə Qarabağı azad etməyi və bu yolda şəhid olub üçrəngli bayrağımıza bükülərək dəfn edilməyi arzulayırdı. Pəncəli üç il sonra, ömrünün 35-ci baharında bu arzusuna çatır, Aprel döyüşlərində Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə düşmənə qan udduraraq şəhidlik zirvəsinə yüksəlir.