CƏMİYYƏT


Bağ salınarkən məhsuldar ağaclara üstünlük verilir

Bağçılıq kənd təsərrüfatının gəlirli sahələrindən sayılır. Lakin burada bəzi önəmli məqamlar da var. Bağ sahibi hansı meyvə ağacı əkəcəyini, məhsuldarlıqdan asılı olaraq satışın təşkilini və digər məsələləri öncədən götür-qoy etməlidir.
AZƏRTAC xəbər verir ki, Tovuz rayonunda fermerlər bağlarını rentabelliyi nəzərə almaqla salmağa üstünlük verirlər. Belə ki, onlar aqronomların məsləhətləri əsasında hansı məhsulun gəlir gətirəcəyini, torpağın hansı meyvənin yetişməsi üçün əlverişli olduğunu öncədən öyrənir və ona görə addım atırlar.