Vətən müharibəsinin son günündə şəhidlik zirvəsinə yüksələn qəhrəman
14.04.2021 [16:49]
Xəbərin mətni
Qırx dörd günlük Vətən müharibəsində sona kimi döyüşlərdə iştirak edib şəhidlik zirvəsinə ucalan Əliheydər Hüseynlinin bu gün doğum günüdür. Ağstafa rayonunun Qırılı kəndindən olan şəhidimiz Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Şuşanın azad edilməsində qəhrəmanlığı ilə seçilib.AZƏRTAC xəbər verir ki, bu gün doğmaları, onun döyüş yoldaşları Əliheydərin qəbrini ziyarət ediblər.