CƏMİYYƏT


Kürdəmirdə yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb

Kürdəmirdə aktiv COVID-19 xəstəsi ictimai yerdə aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Qağacılı kənd sakini 1991-ci il təvəllüdlü Səmədov Ümid Polad oğlu COVID-19 virusunun daşıyıcısı olduğu halda yaşayış yerini tərk etdiyi üçün saxlanılıb. Qeyd edək ki, bir neçə gün öncə Ümid Səmədovun COVID-19 xəstəliyi ilə bağlı verdiyi testin cavabı pozitiv çıxıb. Buna görə də həkimlər ona 14 gün evdə qalaraq müalicə olunmasını və çölə çıxmamasını tövsiyə ediblər. Polislərin və həkimlərin tövsiyəsinə baxmayaraq, Ümid Səmədov icazəsiz olaraq yaşadığı yeri tərk edərək, virusun digər insanlara yoluxma təhlükəsi yaradıb.