CƏMİYYƏT


Hər kəs Zəfərimizi əks etdirən Hərbi Qənimətlər Parkını görməyə tələsir

Bu gün hər kəs Vətən müharibəsindəki Zəfərimizin mühüm fraqmentlərini əks etdirən Hərbi Qənimətlər Parkını görmək istəyir.Belə bir qürurverici və bənzərsiz park Azərbaycanın tarixində olmayıb. Qarabağ uğrunda gedən döyüşlərdə düşməndən əldə edilən hərbi texnikalar, hərbi maşınlar, eləcə də Ermənistana məxsus silah sursat bu parkda nümayiş olunur və Ordumuzun gücünü göstərir.