CƏMİYYƏT


“Sən hərbçi anasısan, mən tək sənin yox, Vətənin oğluyam...”

Bu gün şəhid Əsəd Həsənovun doğum günüdür. Şəhidlər ölməz deyilir, 33 yaşı tamam olan Vətən müharibəsinin qəhrəmanı Əsəd də hər zaman xatirələrdə, qəlblərdə yaşayacaq.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əsəd Həsənov 1988-ci il aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində dünyaya gəlib. Bu gün şəhidin 33 yaşı tamam olur. “Oğlum Hüseyn mənimlə həmişə fəxr etsin, çünki onun atası qəhrəman olacaq” deyə son vəsiyyətini yazan Əsəd şəhidlik zirvəsinə ucalaraq nəinki övladının, bütün Azərbaycanın fəxrinə çevrildi, tarix yazan qəhrəmanlarımızdan oldu.