CƏMİYYƏT


Xaçmazda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

Xaçmaz rayonu Ağarəhimoba kənd sakini T.Bədəlovaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, adı çəkilən qadın təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edərək digər insanlar üçün real təhlükə yaradıb.