CƏMİYYƏT
Evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayan şəxs saxlanılıb
17.04.2021 [13:47]
Xəbərin mətni
Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ev sahibi polisə müraciət edərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb.