Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pizza sifarişlərini ünvanlara çatdıran şirkətlərdən birinin əməkdaşına qarşı quldurluq edilib

17.04.2021 [15:43]

Xəbərin mətni

Paytaxtın Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhər sakini, pizza sifarişlərinin ünvanlara çatdırılması ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq müştərilərdən birinin onu bıçaqla hədələyib və cibindən 500 manatı götürərək quldurluq etdiyini bildirib.