CƏMİYYƏT


Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsinin şəhidləri hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayacaq. Hazırda şəhid ailələri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatələnib. Şəhidlərimizin doğum günləri yaxınları, istərsə də qohum-əqrəbası, dost-tanışları tərəfindən yada salınır, qeyd olunur.AZƏRTAC xəbər verir ki, belə şəhidlərimizdən biri də Ağstafa rayonunun Qarahəsənli kənd sakini Orxan Babayevdir ki, onun bu gün doğum günüdür. Şəhidimizin bu gün 20 yaşı tamam olur. Bu münasibətlə kənddə onun xatirəsinə bulaq kompleksi də inşa olunub. “Orxan kənddə camaatın hörmətini qazanmışdı. Vətənpərvər gənc idi. Əsgəri xidmətə yola salanda bizə dedi ki, torpaqlarımızı azad edəcəyəm”, - deyə əmisi Məhəmməd Babayev bildirib.