CƏMİYYƏT


FHN: Ötən sutka ərzində 23 yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 23 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində bir nəfər xilas olunub, bir nəfərin meyiti isə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.