Vətən müharibəsinin 23 yaşlı şəhidi – Səməndər İmanov
19.04.2021 [15:00]
Xəbərin mətni
Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, xalqın yolunda şüurlu şəkildə öz canlarından keçən insanlardır. Bu cür insanlar qəlblərində Vətənə, xalqa sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Belə igid qəhrəmanlarımızdan biri də Vətən müharibəsində qəhrəmancasına şəhid olan Səməndər İmanovdur.