CƏMİYYƏT


Suraxanıda evdən külli miqdarda pul oğurlayan şəxslər saxlanılıb

Paytaxtın Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxslər zərərçəkənin mənzilindən 11 min 600 manat oğurlayıblar.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanılıblar.