Azərbaycan Dövlət İnformasiya Agentliyi

Evdən 70 min manat nağd pul və 40 min manatlıq qızıl oğurlayan şəxslər saxlanılıblar

19.04.2021 [18:58]

Xəbərin mətni

Paytaxtın Yasamal rayonunda evlərdən birindən oğurluq edilib. Naməlum şəxs mənzildə olan seyfi yararaq içərisində olan 70 min manat, 40 min manat məbləğində qızıl-zinət əşyalarını, habelə noutbuk və fotoaparatı oğurlayıb. Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin yaxın qohumu Toğrul Axundzadə və İdris Salahov saxlanılıblar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.