CƏMİYYƏT


Xaçmazda həyətində narkotik becərən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayonun Nabran kənd sakini Ruslan Xanbabayev saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilən zaman evdən iki bükümdə narkotik vasitə olan heroin, bir bükümdə tiryək və sellofan torbalarda çətənə bitkisinin toxumları aşkarlanıb. Həyətyanı sahəsində yerləşən yarımtikilidən isə plastik qablarda və dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 428 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.Dindirilmə zamanı Ruslan Xanbabayev narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib.Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır