CƏMİYYƏT


Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalan 22 yaşlı kəşfiyyatçı

Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Tarverdiyev Qürbət Rasim oğlu 1998-ci il mayın 21-də Xaçmaz rayonunun Nərəcan kəndində doğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qürbət Tarıverdiyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Ürəyi Vətən sevgisi ilə döyünən 22 yaşlı kəşfiyyatçı müharibənin ilk günlərindən silaha sarılaraq Xocavənd və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı olub.