Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərrast atəşi ilə 60 ermənini məhv edən şəhid Rauf Süleymanov

21.04.2021 [16:58]

Xəbərin mətni

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın - Qarabağın azad edilməsi ilə nəticələndi. Vətən müharibəsində Azərbaycanın qəhrəman oğlanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı. Bu müharibədə əldə etdiyimiz zəfərləri baş gizir şəhid Rauf Süleymanov kimi igidlərə borcluyuq.